...

Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib

İqtisadiyyat Materials 29 Yanvar 2025 17:40 (UTC +04:00)
Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə edilib.

Trend xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Ankaraya səfərimiz çərçivəsində Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla görüşməkdən məmnun olduq. Azərbaycan – Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə etdik. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirik", - deyə paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti