...

Azərbaycanın öz qeyri-neft-qaz sektorlarının qlobal bazara inteqrasiyasını təmin etməsi vacibdir - Dünya Bankı

İqtisadiyyat Materials 10 Fevral 2025 12:40 (UTC +04:00)
Azərbaycanın öz qeyri-neft-qaz sektorlarının qlobal bazara inteqrasiyasını təmin etməsi vacibdir - Dünya Bankı
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın öz iqtisadiyyatının qeyri-neft –qaz sektorunun qlobal bazara inteqrasiyasını təmin etməsi vacibdir.

Trend xəbər verir ki, bunu bu gün Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı İvaylo İzvorski Dünya Bankının “World Development Report “ (Dünya İnkişafı haqqında Hesabat) adlı hesabatının Bakıda keçirilən təqdimatı zamanı çıxışında bildirib.

İzvorski qeyd edib ki, söhbət erkən inkişaf mərhələlərində olan kiçik ölkədən gedirsə, investisiyalar hətta dərin bazar inteqrasiyası olmadan da iqtisadi artımı təmin edə bilər. Lakin maddi rifahın yüksəlməsi ilə xarici biliklərdən asılılıq artmış olur.

Baş iqtisadçının sözlərinə görə, beynəlxalq təcrübənin mənimsənilməsi əsasən birbaşa xarici investisiyalar, tərəfdaşlıq, ticarət , həmçinin praktiki tədris kimi texnologiyalar vasitəsilə həyata keçirilir. Bu kontekstdə kiçik ölkələr regional və qlobal bazarlara aktiv şəkildə inteqrasiya olumalıdırlar.

“Azərbaycan artıq bunu enerji sektorunda edib. Azərbaycan qlobal oyunçuya çevrilib, Avropa İttifaqına təbii qaz ixracatını artırır, qabaqcıl qazma texnologiyalarına, inkişaf etmiş nəqliyyat və emal infrastrukturuna malikdir” ,- deyə İ.İzvorski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti