...

ÜDM strukturunda neft-qaz sənayesinin xüsusi çəkisi azalıb

İqtisadiyyat Materials 13 Fevral 2025 10:45 (UTC +04:00)
ÜDM strukturunda neft-qaz sənayesinin xüsusi çəkisi azalıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

2018-ci illə müqayisədə 2024-cü ildə ÜDM strukturunda neft-qaz sənayesinin xüsusi çəkisi 40,2%-dən 30,6%-ə enib.

Trend xəbər verir ki, bu barədə bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda məlumat verilib.

Bildirilib ki, bu tendensiya son illər ərzində iqtisadiyyatın daha da şaxələnməsini və neft-qaz sənayesindən olan asılılığın azalmasını nümayiş etdirir.

Qeyd edək ki, bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilir.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti