...

Ötən il Bakıda inşaat işlərinin 91,3%-ni özəl şirkətlər yerinə yetirib

İqtisadiyyat Materials 19 Fevral 2025 11:50 (UTC +04:00)
Ötən il Bakıda inşaat işlərinin 91,3%-ni özəl şirkətlər yerinə yetirib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Bakıda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,3 faizini əsaslı təmir, 3,3 faizini cari təmir, 3,9 faizini isə sair tikinti işləri təşkil edib.

Trend bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.

Məlumata görə, ümumi inşaat işlərinin 91,3 faizini qeyri-dövlət (özəl) tikinti müəssisələri yerinə yetirib.

Qeyd edək ki, ötən il Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,3 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 4,1 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 89,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti