...

Azərbaycanda enerji səmərəliliyi sahəsində yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Materials 24 Fevral 2025 14:20 (UTC +04:00)
Azərbaycanda enerji səmərəliliyi sahəsində yeni dövlət standartı qəbul edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən AZS IEC 62512:2025 “Məişət qurutma funksiyalı elektrik paltaryuyan maşınlar - Effektivliyin ölçülməsi üsulları” dövlət standartı qəbul edilib.

Trend-ə bu barədə Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) bildirilib.

Qeyd edilib ki, sözügedən standart tekstil məmulatlarının yuyulması və qurudulması funksiyasına malik məişət kombinə edilmiş paltaryuma-qurutma maşınlarının sınaqdan keçirilməsi üsullarını müəyyən edir.

Bu standartın tətbiqi məişət paltaryuma-qurutma avadanlıqlarında enerji istehlakı ilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətli qiymətlərin təklif edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, yeni dövlət standartı “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti