...

Vergidən yayınanlarla bağlı qanunvericilik tədbirləri sərtləşdirilə bilər

İqtisadiyyat Materials 1 Mart 2025 11:55 (UTC +04:00)
Vergidən yayınanlarla bağlı qanunvericilik tədbirləri sərtləşdirilə bilər
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Vergidən yayınanlarla bağlı qanunvericilik tədbirləri sərtləşdirilə bilər.

Trend xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib.

"İqtisadiyyat Nazirliyi yanında “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası”nda müəyyən edilən fəaliyyət istiqamətlərimizi 4 qrupa bölə bilərik. Bunlardan biri vergi orqanlarının insan haqları səviyyəsinin daha da yüksəldilməsidir. Qısaca desək, iqtisadi inkişafa töhfə verə bilən vergi sisteminin formalaşması və inkişaf etməsi üçün burada insan haqları inkişaf etməlidir", - idarə rəisi qeyd edib.

O bildirib ki, strategiyadakı ikinci fəaliyyət istiqaməti isə dayanıqlı, davamlı, sabit inkişafı təmin edən vergi sisteminin formalaşmasıdır:

"Təbii ki, dayanıqlı iqtisadi inkişaf sahibkarlıq mühitinin inkişafına da gətirib çıxarır. Məhz sahibkarlığın inkişafını, biznesini təmin edən vergi siyasəti fəaliyyəti tətbiq olunmalıdır.

Digər fəaliyyət istiqamətimiz isə vergidən yayınma və kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərinin davam etdirilməsidir. Bu sahədə dayanıqlığın təmin olunması da əhəmiyyətlidir".

"Biz elə bir mühit yaratmaq istəyirik ki, vergi ödəyiciləri üçün həm vergi yükünə görə, həm digər ödəmələrin asanlığına görə iqtisadi baxımdan səmərəli və şəffaf şəkildə fəaliyyət göstərmək daha aktual olsun. Digər tərəfdən, elə bir mühit də formalaşdırmaq tərəfdarıyıq ki, vergidən yayınma halları ciddi şəkildə qanunla məsuliyyətə səbəb olsun.

Dördüncü fəaliyyət istiqamətimiz isə könüllü vergi ödəyicilik səviyyəsinin artması və vergi mədəniyyətinin yüksəldilməsidir", - N.İmanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti