...

Fevral ayında dövlət büdcəsinin gəlir və xərcləri tam həcmdə və vaxtında icra olunub

İqtisadiyyat Materials 3 Mart 2025 19:05 (UTC +04:00)
Fevral ayında dövlət büdcəsinin gəlir və xərcləri tam həcmdə və vaxtında icra olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozu üstələyib.

Trend xəbər verir ki, fevral ayında dövlət büdcəsinin gəlirləri 2.686,1 milyon manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 faiz çox olub.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1.206,8 milyon manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 40,6 milyon manata, sair daxilolmalar isə 40,7 milyon manata bərabər olub.

Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, fevral ayında dövlət büdcəsinin xərcləri 3026,3 milyon manat təşkil edib ki, bu da aylıq proqnozdan 65,4 milyon manat və ya 2,2 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti