Bakı. Trend:
Biznesin İnkişafı Fondu tərəfindən vəsaitin istifadə dairəsi ilə
bağlı yeni layihələr hazırlanır.
Trend xəbər verir ki, bu sözləri
Sahibkarlığın İnkişafı Fondu (SİF) Partnyorlarla İş şöbəsinin
müdiri Rüstəm Əliyev bu gün Bakıda keçirilən 1-ci Milli Maliyyə
Əlçatanlığı Forumunda deyib.
O, bu layihələrlə bağlı detalları açıqlamasa da, bunları qeyd edib:
"Dəqiq detalları açıqlamayacam, amma növbəti layihələrdə istər kreditin müddəti, istərsə də məbləği ilə bağlı "yaşıl layihələr"də xüsusi güzəştlərin olacağını güman edirəm".
"Biz "yaşıl layihələr"in maliyyələşdirilməsində istisnalar mövcuddur. Sahibkarlıq subyekti "yaşıl layihə"sini 10 milyon manatadək maliyyələşdirmək istəyirsə, sadəcə 25% şəxsi vəsait olmaqla 75% hissəsini fondun güzəştli kreditlərindən yararlana bilərlər", - deyə R. Əliyev bildirib.