...

Yanvarda Azərbaycandan İrana ixrac olunan elektrik enerjisinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Mart 2025 10:35 (UTC +04:00)
Yanvarda Azərbaycandan İrana ixrac olunan elektrik enerjisinin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan İrana 2,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 83,8 min ABŞ dolları olub.

Qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycandan İrana elektrik enerjisi ixrac edilməyib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 140,9 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdarda elektrik enerjisinin dəyəri 7,8 milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 354,2 milyon kVt/saat (3,5 dəfə), dəyər ifadəsi ilə 21 milyon ABŞ dolları (3,7 dəfə) azalıb. 2024-cü ilin yanvarında Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi 495 milyon kVt/saat, dəyəri isə 28,7 milyon ABŞ dolları olub.

Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti