Bakı. Trend:
Qadınlar ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş proseslərin işə salınmasında və rəhbərliyində mühüm rol oynamalıdırlar.
Trend xəbər verir ki, bunu Yunanıstanın keçmiş baş-naziri Qeorqios Papandreu XII Bakı Qlobal Forumu çərçivəsində Bakıda keçirilən “Gender – təhlükəsizlik – iqlim: qarşılıqlı əlaqə" mövzusunda panel müzakirəsində etdiyi çıxışda deyib.
“Ekoloji siyasətə, cəmiyyətə gətirməli olduğumuz böyük dəyişikliklərə bizim cəmiyyətlərdəki, bizim ailələrdəki qadınların başçılıq etməsi vacibdir”, -deyə o vurğulayıb.
Papandreu eyni zamanda qeyd edib ki, ekoloji problemlər daha çox qadınlra və digər həssas qruplara təsir edir, belə ki, cəmiyyətdə daha zəif mövqe tutduqlarına görə, onlar daha həssas olurlar.
“Yerli səviyyədə konkret ölçülər tətbiq etmək vacibdir. Bunu təkcə qadınların vəzifə tutmaq imkanı olsu deyə yox, həm də onların işinə dəstək olmaq üçün etmək lazımdır. Çox vaxt məhz onlar cəmiyyətə dayaq olurlar, təhsil, həmçinin uşaqların tərbiyələndirilməsini təmin edirlər”, - deyə o bildirib.