Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11907,1 milyon manat və ya hər nəfərə orta hesabla 1164,2 manat olub.
Bu barədə Trend Dövlət Statisitka Komitəsinə istinadən xəbər verir.
Məlumata əsaəsn, əhalinin sərəncamında qalan gəlirləri 10164,8 milyon manat təşkil edib.
2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artaraq 1062,9 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3830,2 manat, qeyri neft-qaz sektorunda 1010,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1017,2 manat, özəl müəssisələrdə isə 1110,0 manat olub.