...

Bu il Azərbaycandan Böyük Britaniyaya ixrac edilən xam neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 26 Mart 2025 14:39 (UTC +04:00)
Bu il Azərbaycandan Böyük Britaniyaya ixrac edilən xam neftin həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Böyük Britaniyaya 130,6 min ton miqdarında bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 73,4 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Böyük Britaniyaya bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilməyib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycandan Böyük Britaniyaya 659,5 min ton miqdarında, 396,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.

Xatırladaq ki, bu ilin ilk iki ayında Azərbaycandan ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 4,8 milyon ton, dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti