...

Xorvatiya Azərbaycan qazının idxalına maraq göstərir - Antun Duymoviç (ÖZƏL)

İqtisadiyyat Materials 9 Aprel 2025 17:29 (UTC +04:00)
Xorvatiya Azərbaycan qazının idxalına maraq göstərir - Antun Duymoviç (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya Azərbaycan qazının idxalına maraq göstərir.

Bunu Trend-ə Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Antun Duymoviç (Antun Dujmović) “Yeni Dünya Düzəninə doğru” mövzusunda Bakıda keçirilən 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Xorvatiya artıq külli miqdarda Azərbaycan nefti idxal edir. Ötən ildən isə qaz idxal etməyə başlamışıq. Hazırda biz öz STQ-terminalımızın gücünü artırırıq və qaz kəmər sisteminin şəbəkəsini genişləndirirk. Beləcə, bizim ötürücülük qabiliyyətimiz artacaq. Məhz buna görə bizi təkcə şimalda yox, həm də Cənub Qaz Dəhlizi üzrə - Albaniya və Monteneqro üzərindən qazın əldə olunması imkanı maraqlandırır.

Azərbaycan artıq Albaniyanın qazlaşdırılması prosesində iştirak edir, ona görə, bizə Azərbaycan qazının Albaniya, Monteneqro üzərindən Xorvatiyaya tədarükünə nail olmaq üçün Albaniya ilə birləşmək lazımdır.

Duyimoviçin sözlərinə görə, azad edilmiş ərazilərə səfərdən və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından aldığı təəssüratlar son dərəcə müsbət olub.

“Biz Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən, Xorvatiya ilə əməkdaşlığı inkişaf etdirmək əzmini görürük ki, bu da bizim üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti