...

Fermer kartlarına subsidiya adı altında köçürülən vəsait dövlət büdcəsinə qaytarılmayıb

İqtisadiyyat Materials 19 Aprel 2025 10:57 (UTC +04:00)
Fermer kartlarına subsidiya adı altında köçürülən vəsait dövlət büdcəsinə qaytarılmayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin İş Planına uyğun olaraq keçirilən nəzarət tədbirləri üzrə dövlət vəsaitinin bərpasına dair müəyyən edilən tədbirlərlə bağlı qalan 4,9 mln. manatın icrası davam etdirilib.

Trend-in məlumatına görə, bu barədə məlumat Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair Hesabatında öz əksini tapıb.

Belə ki, qalıq məbləğin pul və əvəzləşdirmə formasında bərpa edilməsi istiqamətində 3,9 mln. manatı üzrə hesabat dövründə tədbirlər həyata keçirilib:

  • Aqrar sığorta fəaliyyətinin səmərəlilik (performans) auditi üzrə - Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər hansı hüquqi əsaslar mövcud olmadan Aqrar Sığorta Fondu tərəfindən aqrar sığorta hadisələri çərçivəsində “faydalanan şəxs” qismində tanınmaqla “sığorta ödənişi” adı altında Nazirliyin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə köçürülmüş 0,7 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditi üzrə - 0,1 mln. manatın, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalçısı olmadığı və xərcləri dövlət büdcəsinin vəsaitləri (büdcədənkənar əməliyyatlar daxil olmaqla) hesabına maliyyələşdirildiyi halda, Aqrar Xidmətlər Agentliyinin tabeliyində büdcə təşkilatı kimi fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi üzrə fermer (bank) kartına subsidiya adı altında köçürülmüş vəsaitin müvafiq qaydada bərpa edilməsi hazırkı tarixədək təmin edilməyib
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2022-ci il üzrə maliyyə əməliyyatları və hesabatlarının auditi üzrə - işçilərə 0,1 mln. manat məbləğində əsassız mükafat və artıq əməkhaqqı ödənişinin dövlət büdcəsinə bərpası hazırkı tarixədək təmin edilməyib
  • Məxfilik rejimində keçirilmiş audit - qalıqdakı 3,8 mln. manatın 2,9 mln. manatı dövlət büdcəsinə bərpa edilib, 0,9 mln. manatın bərpası davam edir
  • 0,3 mln. manat 8 qurum (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sumqayıt Tibb Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Ali Məhkəmə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, məxfilik rejimində keçirilmiş audit) tərəfindən bərpa edilib.

2023-cü ildən əvvəlki illərin iş planları üzrə daha 4,7 mln. manatın 4 qurum (Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, məxfilik rejimində keçirilmiş audit) tərəfindən müvafiq büdcələrə bərpası təmin olunub.

Əvvəlki ildə maliyyə hesabatlarının auditi nəticəsində aşkarlanan *661,5 mln. manat* əhəmiyyətli təhriflərin *367,3 mln. manatı* üzrə müvafiq düzəlişlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti