Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Almaniyaya 276,5 milyon ABŞ dolları dəyərində 500 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43,5 milyon ABŞ dolları və ya 18,7%, həcm ifadəsində isə 148,6 min ton və ya 42,3% çoxdur.
Dövr ərzində Almaniya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 13 ölkəyə 3,3 milyard ABŞ dolları dəyərində 6 milyon ton neft məhsulları (xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə % və ya daha çox olan məhsullar) satılıb.
Neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4,4% və ya 153,5 milyon ABŞ dolları azalıb, həcm ifadəsi ilə isə 7,3% və ya 411,1 min ton artıb.