...

“Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb

İqtisadiyyat Materials 21 Aprel 2025 12:17 (UTC +04:00)
“Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə yaradılıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində ”Uşaq malları” standartlaşdırılması üzrə yeni Texniki Komitə (AZSTAND/TK 51) təsis edilib.

Trend-ə bu barədə AZSTAND-dan məlumat verilib.

Məlumata görə, AZSTAND/TK 51 uşaq məhsullarının təhlükəsizliyini və keyfiyyətini artırmaq üçün uşaq avadanlıqları, uşaq meydançaları, oyuncaqlar, habelə uşaqlara aid nəşriyyat, velosipedlər, tekstil parçaları, dəri məmulatları, geyim, baş geyimləri, ayaqqabılar, bədənə qulluq avadanlıqları və digər uşaq malları üzrə müvafiq dövlət, beynəlxalq, regional və dövlətlərarası texniki reqlamenlərdə əks olunan istinad standartlarının hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədilə yaradılıb.

Belə ki, Texniki komitənin fəaliyyəti ilə uşaq məhsullarının istehsalında və idxalında beynəlxalq təcrübəyə uyğun keyfiyyət və təhlükəsizlik standartlarının tətbiqi daha sistemli şəkildə həyata keçiriləcək. Bu, uşaqların sağlamlığını təhlükəyə ata biləcək məhsulların bazara çıxışının qarşısının alınmasına və etibarlı məhsulların əldə edilməsinə töhfə verəcək.

Məlumat üçün bildirək ki, AZSTAND/TK 51-in strukturuna dövlət və özəl təşkilatlar daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti