...

Xəzər "yaşıl" enerji dəhlizi sərhədlərarası ticarət üçün transformativ imkan yaradır - Yevgeniy Jukov

İqtisadiyyat Materials 6 May 2025 13:03 (UTC +04:00)
Xəzər "yaşıl" enerji dəhlizi sərhədlərarası ticarət üçün transformativ imkan yaradır - Yevgeniy Jukov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Milan. Trend:

Xəzər “yaşıl” enerji dəhlizi CAREC proqramı çərçivəsində gələcəkdə sərhədlərarası elektrik enerjisi ticarəti üçün transformativ imkan yaradır.

Trend-in Milana ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə departamentinin baş direktoru Yevgeniy Jukov AİB-nin 58-ci illik iclası çərçivəsində keçirilən “Trans-Xəzər əlaqəliliyi: Nəqliyyat və enerji dəhlizlərinin potensialının açılması” forumunda çıxışı zamanı bildirib.

“O, Azərbaycanı, Qazaxıstanı və Özbəkistanı birləşdirərək Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən ‘yaşıl’ enerji dəhlizinin yaradılmasını hədəfləyir. Bu dəhliz bərpa olunan enerjinin ixracına və regionda elektrik enerjisi mübadiləsinin genişlənməsinə şərait yaradır”, – deyə o qeyd edib.

Jukov vurğulayıb ki, bu layihə enerji təhlükəsizliyini gücləndirir və iştirakçı ölkələr arasında enerjinin paylanmasını optimallaşdırır.

Azərbaycan, Qazaxıstan və Özbəkistan 2024-cü ilin may ayında Xəzər yaşıl enerji dəhlizi layihəsi üzrə Anlaşma Memorandumu imzalayıblar. 2024-cü ilin oktyabrında isə AİB bu layihəni dəstəkləmək məqsədilə kiçik-miqyaslı texniki yardım layihəsini təsdiqləyib və CAREC ölkələrinin nazirlər görüşündə onun icrası ilə bağlı Anlaşma Memorandumu imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti