...

Azərbaycanda tikinti kərpicləri istehsalı 21%-dən çox artıb

İqtisadiyyat Materials 17 May 2025 15:05 (UTC +04:00)
Azərbaycanda tikinti kərpicləri istehsalı 21%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 217,9 min kubmetr tikinti kərpicləri istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, tikinti kərpiclərinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 min kubmetr və ya 21,2% artıb.

Belə ki, 2024-cü ilin eyni dövründə ölkədə 179,8 min kubmetr tikinti kərpicləri istehsal edilmişdi.

Cari ilin may ayının birinə ölkədə hazır tikinti kərpiclərinin ehtiyatı 8,4 min kubmetr təşkil edib.

Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-aprel aylarında istehsalın ümumi dəyəri 401,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,9% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti