Bakı. Trend:
Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin təmirinə başlanılır.
Trend-in məlumatına görə, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Dövlət xidməti Xanyurdu kəndində fərdi yaşayış evlərinin cari təmiri işlərini “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 5 731 611 manat ödənilib.
Qurum bir müddət əvvəl rayonun təzəbinə kəndində də 152 evin təmirinə 8,8 milyon manat ayrıb.
Qeyd edək ki, Xanyurdu kəndində qeyd olunan təmir işlərini
aparacaq “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyəti
2016-cı ildə dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Soltanov Elçin Xanoğlan oğludur.