...

Zəngilanın Ağalı kəndində daxili suvarma sisteminin çəkilməsinə başlanılır

İqtisadiyyat Materials 14 Avqust 2025 09:39 (UTC +04:00)
Zəngilanın Ağalı kəndində daxili suvarma sisteminin çəkilməsinə başlanılır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, abadlıq işləri mərhələli şəkildə icra etdirilməkdədir.

Trend-in məlumatına görə, bu işlərin davamı kimi Zəngilan rayonunun Ağalı kəndində pilot layihə çərçivəsində 110 ha ərazidə daxili suvarma sisteminin çəkilməsinə start verilir.

Belə ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) bununla bağlı layihə-smeta sənədlərinin hazırlanmasına başlayıb.

Sözügedən sənədlərin hazırlanması "Everest Tikinti Layihə" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib və müqavilə bağlanıb.

Müqaviləyə əsasən, şirkətə 22 066 manat ödənilib.

İşlərin həvalə olunduğu "Everest Tikinti Layihə" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Qədirov Qəzənfər Rauf oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti