...

Azərbaycanda manatla pul kütləsinin həcmi artıb

İqtisadiyyat Materials 1 Noyabr 2025 09:27 (UTC +04:00)
Azərbaycanda manatla pul kütləsinin həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin oktyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 47,986 milyard manat təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıq müqayisədə 218,8 milyon manat və ya 0,5%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,4 milyard manat və ya 5,3% çoxdur.

Bundan başqa, 2025-ci ilin oktyabrın 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 37,188 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 381,9 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,4 milyard manat və ya 3,9% çoxdur.

Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,468 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 341,7 milyon manat və ya 1,2%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 776,1 milyon manat və ya 2,7% çoxdur.

Eyni zamanda, bu ilin oktyabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 17,011 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 182,7 milyon manat və ya 1,1%, ötən ilin eyni dövrünə nisbətən isə 1,2 milyard manat 7,4% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti