Bakı. Trend:
2025-ci ildə Azərbaycan 1,231 milyard kilovatt-saat elektrik enerjisi ixrac edib.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, elektrik enerjisinin ixracından əldə olunan gəlir 70,1 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı həcm ifadəsindən 522 milyon kilovatt-saat və ya 29,8%, dəyər ifadəsində isə 24 milyon ABŞ dolları və ya 25,5% azalıb.
2025-ci ildə elektrik enerjisin ixracının qeyri-neft sektorundakı payı 1,93% təşkil edib.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib.
Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları və ya 3,8% artıb.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixrac, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son il ərzində ixrac 1,5 milyard ABŞ dolları və ya 5,7% azaldığı halda, idxal 3,322 milyard ABŞ dolları və ya 15,8% artıb.
Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da keçən ilki göstərici ilə müqayisədə 4,833 milyard ABŞ dolları və ya 8,3 dəfə azdır.
Ötən illə müqayisədə bu göstərici 1,810 milyard ABŞ dolları və ya 3,8% artıb.
