...

Azərbaycandan avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb

İqtisadiyyat Materials 21 Yanvar 2026 13:38 (UTC +04:00)
Azərbaycandan avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ildə Azərbaycandan avtomobil nəqliyyatı vasitəsilə 13,845 milyard ABŞ dolları dəyərində 6,373 milyon ton beynəlxalq yük daşınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu dəyər ifadəsində 1,337 milyard ABŞ dolları və ya 10,7% , həcm baxımından isə 457 min ton və ya 7,7% artım deməkdir.

Beləliklə, hesabat dövründə Azərbaycandan avtomobil nəqliyyatı ilə 2,52 milyard ABŞ dolları dəyərində 2,708 milyon ton yük ixrac olunub . Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 418 milyon ABŞ dolları və ya 19,9% , həcm baxımından isə 385 min ton və ya 16,6% çoxdur.

Eyni zamanda, 2025-ci ildə Azərbaycana avtomobil nəqliyyatı ilə 3,664 milyon ton yük idxal olunub ki, bunun da ümumi dəyəri 11,325 milyard ABŞ dolları təşkil edib. Bu, öncəki ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 653,4 milyon ABŞ dolları və ya 6,9% çoxdur, həcm baxımından isə 51,1 min ton və ya 1,6% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda yük nəqliyyat vasitələri ilə 49,423 milyard ABŞ dolları dəyərində ümumilikdə 58,338 milyon ton yük daşınıb. Bu, dəyər baxımından əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,811 milyard ABŞ dolları və ya 3,8% çox, həcm baxımından isə 1,369 milyon ton və ya 2,3% azdır.

Hesabat dövründə Azərbaycandan nəqliyyat vasitələri ilə ümumilikdə 25,043 milyard ABŞ dolları dəyərində 47,595 milyon ton yük ixrac olunub. Bu, dəyər baxımından əvvəlki illə müqayisədə 42 milyon ABŞ dolları və ya 0,9% az, həcm baxımından isə 1,511 milyon ton və ya 5,7% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti