...

2025-ci ildə Azərbaycan banklarının kredit portfelinin həcmi artıb

İqtisadiyyat Materials 28 Yanvar 2026 11:12 (UTC +04:00)
2025-ci ildə Azərbaycan banklarının kredit portfelinin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycanda bankların kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,1 milyard manat təşkil edib.

Trend bu haqda Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.

Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,6% (16,1 milyard manat), istehlak kreditlərinin payı 31,1% (9,4 milyard manat), ipoteka kreditlərinin payı isə 15,4% (4,562 milyard manat olub).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – ümumi öhdəliklərin 76,8%-i və ya 38,2 milyard manat.

Qeyd olunur ki, depozit portfelinin 57,3%-i (21,9 milyard manat) hüquqi şəxslərin depozitlərinin, 42,7%-i (16,3 milyard manat) isə fiziki şəxslərin əmanətlərinin payına düşür (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla).

Fiziki şəxslərin əmanətlərinin 68,5%-i (11,2 milyard manat) milli valyutada, 31,5%-i (5,1 milyard manat) isə xarici valyutada yerləşdirilib.

Fiziki şəxslərin depozit portfelinin 63,2%-ni (10,3 milyard manat) müddətli əmanətlər təşkil edir.

Dekabr ayında fiziki şəxslərin müddətli əmanətləri 3,5% (352,1 milyon manat), tələb olunanadək əmanətləri isə 2,1% (123,7 milyon manat) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti