...

2025-ci ildə Azərbaycanda "UnionPay" kartları vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 29 Yanvar 2026 19:19 (UTC +04:00)
2025-ci ildə Azərbaycanda "UnionPay" kartları vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən buraxılmış “UnionPay” kartları (eləcə də statistik vahidə aid ödəniş kartları) üzrə aparılan əməliyyatların sayı 0,2 min ədəd, həcmi isə 0,06 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Azərbaycanın Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, 2024-cü illə müqayisədə “UnionPay” kartları üzrə əməliyyatların sayı 0,1 min və ya 33,3 faiz azalıb, həcmi isə 0,01 milyon manat və ya 14,3 faiz aşağı düşüb.

Bundan əlavə, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatları tərəfindən emissiya olunmuş UnionPay kartları üzrə əməliyyatların sayı 1,2 min ədəd, həcmi isə 0,2 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmiş bütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrə əməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmış kartlardan istifadə olunmaqla ölkə ərazisində aparılan tranzaksiyalardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti