...

Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli böyüyüb

İqtisadiyyat Materials 2 Fevral 2026 14:57 (UTC +04:00)
Nəqliyyat sahəsi üzrə biznes kredit portfeli böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsi üzrə biznes kredit portfeli 1,907 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 16,6 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 446 milyon manat 30,5% artıb.

Belə ki, nəqliyyat sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin dekabrın 1-nə 1,890 miyard manat, ötən ilin yanvarın 1-nə isə 1,461 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 1,3% və ya 377,5 milyon manat artaraq 30,063 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,6% (16,106 milyard manat), istehlak kreditlәri 31,1% (9,354 milyard manat) vә ipoteka kreditlәri 15,3% (4,602 milyard manat) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti