...

Azərbaycan Sığortaçılar Assosiasiyası arbitraj komitə yaratmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2007 21:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycan Sığortaçılar Assosiasiyası sığorta şirkətləri arasında yaranan mübahisələrin həlli üçün arbitraj komitəsini yaratmağı planlaşdırır. Bu barədə cümə günü təşkilatların yığıncağı zamanı ASA-nın müşahidəçi şurasının sədri Kamal İbrahimov məlumat verib.

"Assosiasiyanın hüquq komitəsinə yeni komitənin qanuni-normativ bazasının hazırlanması üçün tapşırıq verilib" - deyə o bildirib.

Görüş zamanı Assosiasiyanın gələcək planları, payızda Milli Məclisdə qəbulu gözlənilən sığorta haqqında yeni qanun layihəsinin hazırlanması məsələsi müzakirə olunub.

İbrahimov bildirib ki, arbitraj komitəsinin yaradılması sığorta şirkətləri arasında yaranan mübahisələrin məhkəmə orqanlarına getmədən həll edilməsinə imkan yaradacaq.

Onun sözlərinə görə, ASA bugünkü yığıncaq zamanı sığorta bazarının inkişafı üçün beş komitə yaratmağı qərara alıb.

- sığorta bazarı və təkrar sığorta üzrə beynəlxalq münasibətlər komitəsi;

- tibbi və həyat sığortası üzrə komitə;

- Non life sığortası üzrə komitə;

- bazar əməkdaşlarının və şirkət agentlərinin peşəkar səviyyəsinin artırılması üzrə komitə;

- etika və hüquq üzrə komitə

Assosiasiyanın büdcəsi barədə danışan müşahidə şurasının sədri bildirib ki, bugünkü yığıncaqda üzvlük haqqı təsdiq olunmayıb. İki min manat məbləğində avans müəyyən olunub və yaxın aylar ərzində məbləğ genişləndirilərək təsdiq olunacaq.

Xəbər lenti

Xəbər lenti