...

AYİB Azərbaycan üzrə investisiya portfelinin strukturunu açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2007 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ 2007-ci ilin 30 iyununa qədər Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla təbii ehtiyatlar, energetika, nəqliyyat, aqrobiznes, daşınmaz əmlak sahələrində 739,1 mln. avro dəyərində ölkə və regional səviyyədə 80 layihə imzalayıb. Bu barədə bankın cümə günü elan etdiyi strategiyada göstərilib.

162,6 mln. avro əməliyyat vəsaitləri də daxil olmaqla, iyunun 30-na bankın xalis portfeli 482,4 mln. avro təşkil edib.

Avropa bankının portfelində əsas yeri ümumi həcmin 32,7 faizini təşkil edən təbii ehtiyatlar sahəsi təşkil edir.

Azərbaycanda 30 iyun 2007-ci ilə AYİB-n xalis investisya portfelinin strukturu:

Sahə Layihələrin sayı Xalis portfel Ümumi portfeldə xüsusi çəkisi Əməliyyat xərcləri
Maliyyə institutları 41 75,7 15,69 46,2
İnfrastruktur 3 129,8 26,91 44,8
KOM 1 4,6 0,95 4,6
Nəqliyyat 2 125,2 25,95 40,2
Energetika 13 259,3 53,75 62,7
Təbii ehtiyatlar 10 157,8 32,71 46,3
Elektroenergetika 3 101,5 21,04 16,4
Xüsusi sənaye 2 9 1,87 0,6
Kənd Təsərrüfatı 2 9 1,87 0,6
Sənaye 2 8,6 1,78 7,9
Cəmi 61 482,4 100 162,2
Xəbər lenti

Xəbər lenti