...

ATON şirkətinin eksperti: "Dünya iqtisadi inkişafının azalması xammal ehtiyatlarının qiymətini azalda bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ ATON investisiya şirkətinin analitik departamentinin iqtisadçısı broker Vladimir Osakovski hesab edir ki, dünya iqtisadi inkişafının azalması inkişaf edən ölkələrin də iqtisadiyyatına toxunacaq.

"Ümumi iqtisadi inkişafın ləngiməsi əsasən inkişaf edən ölkələrin satdığı xammala olan tələbatı da azaldacaq ki, bu da öz növbəsində xammal resurslarının qiymət artımında müəyyən azalmaya səbəb olacaq" - deyə çərşənbə günü Osakovski telefonla bildirib.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya iqtisadiyyatı artımının geniş şəkildə ləngiməsinin mümkünlüyünü istisna etmir. Eyni zamanda, BVF oktyabrın 17-də dərc edilməli olan dünya iqtisadiyyatı üzrə proqnozunu təkrar gözdən keçirib. Yeni proqnozda ümumdüya ÜDM-in və ABŞ-dakı ÜDM-in artımı ciddi şəkildə azaldılıb.Osakovski bildirib ki, ipoteka kağızlarının böhranı kapital axınını azaldıb ki, bu da ardınca beynəlxalq borc bazarına inamsızlıq böhranı gətirib. "Qlobal satış böhranı çox güman ki, inkişaf edən və BDB ölkələrinin maliyyə sistemlərinə kapital axınının qəfildən azalmasına səbəb olacaq. Bu da iqtisadi inkişaf tempinin azalmasına gətirib çıxaracaq" - deyə Osakovski söyləyib.

ÜDM-in artım tempinin azalmasının əsas səbəbi ABŞ-da ipoteka kağızlarının böhranı ilə başlayan dünaya maliyyə böhranıdır.

Amerikanın ipoteka böhranı 2007-ci ilin mart ayından fəal təsir göstərməyə başlayıb. Böhran nəticəsində bank və fondlara dəyən zərər milyard dollarlarla hesablanır.

Xəbər lenti

Xəbər lenti