...

Bakıda Qara Dəniz Hövzəsi Gəmiçiliyi rəhbərlərinin Beynəlxalq Assosiasiyası Şurasının 11-ci iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2007 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Çərşənbə günu Bakıda Qara Dəniz Hövzəsi Gəmiçiliyi rəhbərlərinin Beynəlxalq Assosiasiyası Şurasının 11-ci iclası işini davam etdirib.

Şuranın iclasında Assosiyasiyanın 10 illik fəaliyyəti, fəaliyyətin səmərəliliyinin artırılması, regionun dəniz sənayesi assosiyasiyaları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Şurada əsas diqqət assosiyasiya iştirakçıları arasında işgüzar tərəfdaşlığın möhkəmləndirilməsi, beynəlxalq dəniz təşkilatlarında iştirak məsələlərinə yönəldiləcək. Şura üzvləri 2007-2008-ci illərdə görüləcək işlərin əsas istqamətlərini, 2008-ci il xərclərinin smetasını, üzvlük haqlarının həcmi və ödənilmə tarixini müəyyənləşdirəcəklər.

Qara Dəniz Hövzəsi Gəmiçiliyi rənbərlərinin Beynəlxalq Assosiasiyası dəniz sənayesi sahəsinin beynəlxalq qeyri-hökumət təşkilatıdır.

Beynəlxalq qeyri-hökumət təşkilatları üçün müəyyən olunmuş meyarlara əsasən, Qara Dəniz Hövzəsi Gəmiçiliyi rəhbərlərinin Beynəlxalq Assosiasiyasına iki illiyə Sektorial Dialoq Əməkdaşlığı statusu verilib və bu müddət daha iki il uzadılıb.

Assosiyasiyanın prezidenti Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovdur.

Xəbər lenti

Xəbər lenti