...

Azərbaycan və Türkiyə aqrar əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 14:20 (UTC +04:00)
Azərbaycan və Türkiyə aqrar əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Bu həftə Türkiyənin kənd təsərrüfatı naziri Mehmet Mehdi Ekerin Bakıya səfəri gözlənilir. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bazar etrəsi verilən məlumata görə, səfər nazirin azərbaycanlı həmkarı İsmət Abbasovun dəvəti ilə dekabrın 28-30-da baş tutacaq.

"Türkiyədən tərkibinə özəl sektor təmsilçilərinin də daxil olduğu nümayəndə heyətinin gəlməsi gözlənilir" - deyə nazirlikdən bildiribilər.

Bakıya səfər çərçivəsində birgə layihələrin reallaşdırılma mümkünlüyü müzakirə olunacaq, həmçinin nazir qida sənayesi üzrə bir neçə şirkətə baş çəkəcək, dövlət orqanı nümayəndələri ilə görüşlər keçirəcək.

Həmçinin fitosanitariya sahəsində əməkdaşlığa dair müqavilənin imzalanması da nəzərdə tutulub.

"Bu məsələ ilə əlaqədar dəqiq məlumat yoxdur. Biz iki il öncə razılaşdırılması üçün layihə sənədlərini Türkiyə tərəfinə təqdim etmişdik" - deyə nazirlikdəki mənbədən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti