...

Bakı Fond Birjasında DQİ-in yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2008 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı,10 yanvar / Trend / Yanvarın 15-də 11:00-dan 12:30-dək Bakı Fond Birjasında 10500120S dövlət qeydiyyat nömrəli Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə birjanın cümə axşamı yaydığı məlumatda bildirilir.

Dövlət qeydiyyat nömrəsi-10500120S, ümumi həcmi-5 000 000 AZN, bir istiqrazın nominal dəyəri-200 AZN, istiqrazların tədavül müddəti-364 gün. Ödəmə tarixi-13 yanvar 2009-cu il.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir

Xəbər lenti

Xəbər lenti