...

"bmi" şirkəti Bakı-London aviabiletlərinin dəyərini aşağı salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir S.Əliyev/ "bmi" aviaşirkəti Bakı-London marşrutu üzrə ekonom klass biletlərinin dəyərini yanvarın 24-dən iyunun 30-dək olan dövrdə 356 avroya qədər, 28,51 faiz aşağı salıb. Bu barədə şirkətin məlumatında bildirilir. Bununla yanaşı, məlumata əsasən, fevralın 29-dan biletlərin güzəştlə satışı dayandırılacaq. Güzəşt yalnız "Gediş-gəliş" biletlərinə aid olacaq.

"bmi" Bakıdan Londonun Hitrou aeroportuna uçuşlar həyata keçirir. Güzəştlər aviaşirkətin Hitroudan həyata keçirdiyi digər marşrutlara da aiddir.

Xəbər lenti

Xəbər lenti