...

Azərbaycanda əhaliyə ödənişsiz tibbi xidmətin təminatı zəruridir - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 16:05 (UTC +04:00)
Azərbaycanda əhaliyə ödənişsiz tibbi xidmətin təminatı zəruridir - ekspert

Azərbaycan, Bakı, 1 fevral / Trend / Fevralın 1-dən dövlət büdcəsindən maliyyələşən Azərbaycanın tibb müəssisələrində ödənişli xidmət ləğv olunub. Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev 2008-ci ilin yanvarın 17-də əmr imzalayıb.

Ödənişli xidmət tibb müəssisələri büdcələrinin kifayət qədər maliyyələşməməsi səbəbindən tətbiq edilib. Lakin ödənişli tibbi xidmətdən gələn gəlir səhiyyə büdcəsinin cəmi 1 faizini doldurub. Son illər Azərbaycanda səhiyyənin maliyyələşməsi dörd dəfə artıb və hazırda 330 mln. manat təşkil edir. Bunun sayəsində dövlət tibb müəssisələrində ödənişli tibbi yardım göstərilməsi ləğv edilib.

Dövlət tibb müəssisələrində ödənişli yardımın ləğv edilməsindən sonra pasiyentlərin sayı sürətlə artacaq. Bunun əsas səbəbi ondan ibarətdir ki, əhalinin böyük hissəsinin vəziyyəti ödənişli tibbi yardıma imkan vermir, lakin tibbi yardımın keyfiyyəti xeyli aşağı düşəcək, pasiyentin həkimi və tibb müəssisəni sərbəst seçmək hüququnu həyata keçirmək şərtləri pisləşəcək. Bu tibbi yardımın göstərilməsi əhalinin keyfiyyətli tibbi yardım tələbatını təmin etməyəcək. Özəl və dövlət sektorunda qanuni tibbi yardımdan geri qalan işçilər isə gizli tibbi yardımla məşğul olacaqlar.

Keyfiyyətindən asılı olmayaraq, ödənişsiz tibbi yardım hər cür maliyyə vəziyyəti ilə yardıma təminat verir və çatışmazlıqlarla barışmaq lazımdır, əks halda, aztəminatlı əhali tibbi yardımsız qalacaq.

Leyla Abdullayeva, Trend analitik mərkəzin eksperti

Xəbər lenti

Xəbər lenti