...

Azərbaycanın bank sektoruna xarici kapitalın marağı genişlənib – MB İdarə Heyətinin sədr müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2008 12:12 (UTC +04:00)
Azərbaycanın bank sektoruna xarici kapitalın marağı genişlənib – MB İdarə Heyətinin sədr müavini

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankına (MB) ölkədə iki yeni bankın açılması barədə iki rəsmi müraciət daxil olub. Bu barədə MB İdarə Heyətinin sədr müavini Rüfət Aslanlı bildirib. Birinci maraq xarici iştirak payı ilə bank təsis etmk məqsədi ilə yerli investor tərəfindən ifadə olunub.

"Banklar barədə" Qanuna müvafiq olaraq, bank fəaliyyətinin lisenziyalaşdırılması üzrə iki pilləli sistem mövcuddur.

"Bu proseslər hələ davam edir, buna görə dəqiq vaxt deməkdə çətinlik çəkirəm. Əgər kapitallaşma ilə bağlı problem olmasa, o zaman MB İdarə Heyəti qanunvericiliyə müvafiq olaraq bu təklifə baxacaq" - deyə Aslanlı bildirib. (MB tələblərinə əsasən, yeni bank yaranan zaman onun minimal nizamnamə kapitalının həcmi 10 mln. manatdan az olmamalıdır).

"İkinci müraciət Türkiyənin "Ish Bankasi" bankı tərəfindən olunub. O, yeni bankın açılması və ya fəaliyyətdə olan Azərbaycan banklarından birinin alınmasına maraq göstərir. Lakin bu bank hələ lazımi sənədlər zərfini təqdim etməyib və əvvələcə görüşüb planlarını müzakirə etmək istəyir" - deyə MB-nın sədr müavini qeyd edib.

"Görüş zamanı biz Azərbaycanın bank qanunvericiliyinə müvafiq olaraq sonrakı fəaliyyət barədə Türkiyə bankını məlumatlandıracağıq" - deyə Aslanlı vurğulayıb.

Azərbaycan banklarından birində iştirak payı əldə etmək məqsədi ilə MB-ya Rusiya "VneshtorgBank"ından da təklif daxil olub. (Rusiya bankı AFBank səhmlərinin alınmasına maraq göstərib).

"Lakin "VneshtorgBank" tərəfindən təqdim olunan sənədlərdə çatışmazlığın olması səbəbindən biz onları yenidən işlənməsi üçün geri qaytardıq. Hazırda bank onların aradan qaldırılması ilə məşğul olur" - deyə Aslanlı bildirib.

Aslanlı yalnız çatışmazlıqlar aradan qaldırıldıqdan sonra "VneshtorgBank"ın hansı bankın səhmdarlarının tərkibinə daxil olacağı barədə açıqlama verməyə hazır olduğunu ifadə edib.

Azərbaycanda 46 bank fəaliyyət göstərir. Onlardan 21-i xarici kapitala malikdir.

Xəbər lenti

Xəbər lenti