...

Azərbaycanda 185 mln. manat dəyərində müəssisə və obyektlər özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2008 19:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend / 2008-ci il yanvarın 1-dək Azərbaycanda 48478 kiçik müəssisə və obyekt, o cümlədən 934 sənaye müəssisəsi özəlləşdirilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, özəlləşdirmənin ümumi dəyəri 185,9 mln. manat təşkil edib. Özəlləşdirilən müəssisələr sırasına kənd təsərrüfatı sahəsinin, tikinti təşkilatlarının, ictimai-iaşə obyektləri, kommunal xidmət, yanacaqdoldurma məntəqələrinin, nəqliyyat müəssisələrinin, kommunal-təsərrüfat obyektləri daxil olub.

2007-ci ildə 30,1mln. manat dəyərində 2297 kiçik müəssisə özəlləşdirilib. Özəlləşdirmədə daha çox Naxçıvan Muxtar Respublikası (NMR), Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Abşeron, Şəki, İsmayıllı, Lənkəran, Ağdaş, Xaçmaz, Göyçay, Şəmkir və Zaqatala fəal olub.

Xəbər lenti

Xəbər lenti