...

BYİB kreditləşmənin yeni sistemini yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir A.Bədəlova/ Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) fevral ayından kreditləşmənin yeni şərtlərini təklif edib. Bu şərtlərə kredit qiymətlərinin azaldılması, borcların ödənilməsini orta ödəmə müddəti 18 il olmaqla 30 ilə qədər artırmaq, eləcə də fövqəladə vəziyyətlər üçün yeni təcili kreditlərin verilməsi daxildir. Bu haqda Azərbaycanda səfərdə olan bankın Avropa və Mərkəzi Asiya üzrə regional maliyyə xidmətçisi Con Balafutis məlumat verib.

"Təklif olunmuş yeni şərtlər bank vəsaitlərinin rəqabət bacarığını artıracaq" - deyə Balafutis bildirb.

Onun sözlərinə görə, inkişaf proqramları üçün kredit tarifləri 0,17 illik faiz, investisiya layihələri üçün isə 0,32 faiz təşkil edir.

Balafutisin dediyinə görə, əvvəlki şərtlərdən fərqi olaraq, "indi borc verən ölkələrin kateqoriyaya bölünməsi yoxdur"

"Əvvəllər ölkələr beş kateqoriyaya bölünürdü. Birinci kateqoriyaya - gəlirləri aşağı olan ölkələr, beşinci kateqoriyaya isə yükcək gəlirli ölkələr aid edilirdi. Borcların ödənmə müddəti 5-15 il üçün 20 il təşkil edir. Dörd ili güzəştli olmaqla 17 ililk kredit limitinə malik Azərbaycan bu kateqoriyada üçüncü yerə aid idi. Kateqoriyalardan asılı olaraq kreditlərin verilməsi sisteminin ləğv edilməsi orta gəlirli ölkələrin də uzun müddətə kredit almasına imkan verir" - deyə Balafutis bildirib.

Onun sözlərinə görə, ölkələr fövqəladə hallarda qısa müddətə 500 mln. dollar dəyərində təcili kreditlər ala biləcəklər.

"Biz Azərbaycan hökumətini yeni sistem haqqında məlumatlandırmışıq. Nazirlər Kabineti və Maliyyə Nazirliyində görüş keçirmişik. Biz analitik yardım edəcəyik, onlara isə seçim etmək qalır" - deyə Balafutis qeyd edib.

Xəbər lenti

Xəbər lenti