...

Azərbaycanın Əmək Nazirliyi uşaq evlərinin restrukturizasiyasını öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2008 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel/ " müxbir Ü.İsmayılova/ Polşanın "Özgə məkan" Fondu və "Bizim ev" Assosiasiyası çərşənbə günü Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları üçün "Uşaq evlərinin restrukturizasiyası" mövzusunda seminar keçirəcəklər. Bu barədə çərşənbə axşamı nazirlikdən məlumat veriblər.

Seminarda polşalı həmkarlar uşaqların uşaq evlərindən ailələrə verilməsi, alternativ qayğının göstərilməsi və uşaq evlərinin bütün ehtiyaclarının təmin edilməsi haqqında danışacaqlar.

Polşa tərəfdən seminarda "Bizim ev" Assosiasiyasının rəhbəri Tomas Polkovski və Assosiasiyanın eksperti Silviya Boroveç iştirak edəcəklər. Azərbaycan tərəfini Azərbaycanın Əmək Nazirliyinin pensiya siyasəti şöbəsinin rəhbəri təmsil edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti