Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir S.Əliyev/ Gəncə Avtomobil Zavodu Minsk Traktor Zavodu ilə Azərbaycanda gələcəkdə region ölkələrində satılacaq traktorların quraşdırılması üzrə yeni Dövlət Müəssisəsinin (DM) yaradılması ilə bağlı danışıqlar aparır. Bu barədə cümə axşamı Azərbaycan müəssisəsinin rəhbəri Xanlar Fətiyev məlumat verib.
Ehtimal olunan istehsal gücü ildə 8000 traktordur. BM yaradılması barədə razılıq alınarsa, quraşdırma istehsalının yaradılmasına zavodun əlavə gücü cəlb olunacaq.
Hazırda Gəncə zavodunda altı modifikasiyalı traktor istehsal olunur. Onların qiyməti 13 min manatdan 35 min manatadək dəyərləndirilir. Minsk Avtomobil Zavodu və Minsk Traktor Zavodlarının istehsalı olan bütün növ yük avtomobillərinin və traktorların Azərbaycanda quraşdırılması və satışı ilə bağlı müqavilə 2006-cı ildə Minskdə imzalanıb.
Quraşdırılma 15 minkvadrat metr sahəsi olan ərazidə keçirilir. Gəncə zavodu Azərbaycanda ildə 1000 yük avtomobili və 2000 traktor quraşdırmaq əzmindədir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]