...

ABŞ-ın Federal Ehtiyat Sistemi hələ çox işlər görməlidir – britaniyalı iqtisadiyyatçı

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir A.Bədəlova/ Britaniyanın iqtisadi araşdırmalar üzrə "Capital Economics Ltd" konsaltinq şirkəti ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrinin yaya kimi hazırkı 2,25 faizdən 1 faizə qədər enəcəyini proqnozlaşdırır, şirkətdən Trend a məlumat verilib. Bazardakı böhranın təsirinin aradan qaldırılması üçün ABŞ FES-i 2007-ci ilin sentyabrından əsas faiz dərəcəsini üç faiz bəndi olmaqla 2,25 faizə qədər azaldıb.

"Capital Economics"in baş beynəlxalq iqtiçadiyyatçısı Gulian Cessopun sözlərinə görə, ABŞ FES-in faiz dərəcələri üzrə gələcək qərarı maliyyə bazarındakı iqtisadi hadisələr və məlumatlardan asılı olacaq.

Gessop qeyd edir ki, istehlakçı etibarının davamlı olaraq azalması isə onu göstərir ki, "Federal Ehtiyat Sistemi hələ çox şey etməlidir".

Keçən həftə keçirilən "Böyük yeddilik" ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə dünya maliyyə bazarlarındakı böhrandan müdafiə üzrə 100 günlük plan hazırlanıb. Plana əsasən, maliyyə şirkətləri öz yarımillik hesabatlarında ən riskli sərmayələri tam şəkildə əks etdirməli, eləcə də öz aktivlərinin dəyərini qiymətləndirməli və iflasdan uzaq olmaq üçün lazım olan kapitalı cəlb etməlidirlər. "Böyük yeddiliy"in bəyanatında deyilir ki, dünyada iqtisadi artım templəri maliyyə böhranı səbəbindən daha da azala bilər. "Bizim sonuncu görüşümüzdən bəri bir çox valyutalarda qeyri-sabitlik müşahidə olunur və biz iqtisadi və maliyyə stabilliyi ilə əlaqədar onun nəticələrindən narahatıq" - deyə "Böyük yeddiliy"in bəyanatında deyilir.

Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-ın ÜDM proqnozunu 2008-ci ildə 0,5 faiz və 2009-cu ildə isə 0,6 faiz azaldıb. Bu rəqəmlər ötən göstəricilərdən müvafiq olraq 1,3 faiz və 2,1 faiz aşağıdır. BVF-ın keçən həftə yayılmış hesabatına görə, kredt böhranı bank və digər maliyyə təşkilatlarına təxminən 1 trln. dollara başa gələ bilər. Britaniya şirkətinin proqnozlarına görə, ABŞ-da ÜDM üzrə artım 2009-cu ildə 1,5 faiz yüksələcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti