...

Azərbaycanın şəxsi rabitə peykini buraxması ölkənin iqtisadi artımını yüksəldəcək– Beynəlxalq Elektrorabitə İttifaqının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2008 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın $100 mln.-dək dəyərinndə AzerSat şəxsi rabitə peykini buraxması təhsil, səhiyyə, biznes də daxil olmaqla, ölkənin iqtisadi və sosial həyatının müxtəlif sahələrində yeni xidmətlərin tətbiqi üçün imkanlar açacaq. Bu barədə Trend -a Beynəlxalq Elektrorabitə İttifaqının (ITU) Baş katibi Hamadun Ture (Hamadoun Toure) məlumat verib.

Turenin sözlərinə görə, Azərbaycanın şəxsi peykinə malik olması "sahibkarlıq hissinin yaranmasına və investisiya axınına" yardım edəcək ki, bu da iqtisadi artımın yüksəlməsinə gətirəcək.

İTU rəhbəri bildirib ki, ilin sonunadək Azərbaycanın peyki üçün orbital mövqeyin ayrılacağı gözlənilir.

"Azərbaycan orbital mövqeyə görə növbədə olan beş ölkədən biridir. Bu məsələyə dair ölkənin sorğusu 2007-ci ildə İTU-nun Ümumdünya Radiorabitə Konfransından (WRC-07) əvvəl alınıb", - Ture qeyd edib.

AzerSat layihəsi birinci mərhələdə dövlət vəsaitləri hesabına maliyyələşdiriləcək, sonra isə o özü öz xərcini ödəyəcək. Peykin ehtiyatlarının dörddə birindən çoxu Azərbaycan tərəfindən istifadə ediləcək. Qalan hissəsini isə Avropa və Asiya ölkələrinə icarəyə vermək planlaşdırılır. Peyk 2010-cu ildə buraxıla bilər. AzerSat-ın istismar müddəti 20 ildir.

Xəbər lenti

Xəbər lenti