Azərbaycan, Bakı, 06 may / " , müxbir U. İsmayılova/ Azərbaycanın daşınmaz əmlak bazarında təklif hazırkı vaxtda tələbatdan 2,2 dəfə artıqdır. "MBA group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov belə hesab edir.
İbrahimov Trend a bildirib ki, son zamanlar ölkə bazarında "biznesi səmərəli davam etdirmək üçün obyektlərini vaxtında sata bilməyən" tikinti şirkətlərinin nəzərəçarpacaq dərəcədə artıb.
Ekspertin rəyinə görə, səmərəliliyin artırılması, həmçinin tikinti şirkətləri tərəfindən daşınmaz əmlak obyektlərinin reallaşdırılması prosesini sürətləndirmək üçün rieltorlarla fəal əməkdaşlıq etmək olar.
"Tikinti şirkətləri obyekt tikməli, rieltorlar isə onları satmalıdır", - deyə İbrahimov bildirib. Bakıda cəmi 15 peşəkar rieltor mövcuddur.
Azərbaycanda 200-dən çox tikinti şirkəti fəaliyyət göstərir. Cari ilin mart ayında ilkin bazarda daşınmaz əmlakın bir kvadrat metrinin orta qiyməti fevral ayına nisbətdə beş faiz azalaraq 1076 dollar təşkil edib. Təkrar bazarda isə orta qiymət 9,1 faiz artaraq 1638 dollar təşkil edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]