...

Azərbaycanın cənub regionunda yaşayış sahələrinin qiyməti 50 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /" müxbir U.İsmayılova, P.Əliyeva/ Azərbaycanın Lənkəran rayonunda ilin əvvəlindən aprelədək daşınmaz əmlak qiymətləri 20 faiz, ötən ilin anoloji dövr göstəricisilə müqayisədə isə 50 faiz artıb. Bu haqda daşınmaz əmlakın alqı-satqısı, icarə və kirayəsi ilə məşğul olan "Elnur" MMC şirkətinin direktoru Mirzə Əliyev şənbə günü məlumat verib.

"Şəhərin mərkəzi hissəsində bir kvadrat metr yaşayış sahəsinin qiyməti $1500, mikrorayonda isə $1000 -dır ", - deyə Əliyev bildirib.

Onun sözlərinə görə, Lənkə randa dörd kvadratmetrlik yerin icarə qiyməti 100 manat, altı kvadratmetrlik -  150 manat,  60-100 kv.m. yerin qiyməti mərkəzə yaxın- uzaqlığından asılı olaraq, 800-2500 manat arasında dəyişir.

"İyul-avqust aylarında torpaq sahələrində, mövsüm foktorlarları ilə əlaqədar, minimum 15 faiz artımın gözlənilir", - deyə Əliyev əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti