...

Bakı Fond Birjasında DQİ-nin yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2008 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyul / Trend / Cari ilin sentyabr ayının 12 - dək tam yerləşdirilənə qədər, saat 11:00-dan 12:30-dək, BFB-də qeydiyyat №-si 10504020S olan Dövlət Qısamüddətli İstiqrazların (DQİ) əlavə yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Bu barədə Birjanın cümə axşamı yayılan məlumatında bildirilir.

DQİ-nin ümumi həcmi 3 000 000 AZN, bir istiqrazın nominal dəyəri 200 AZN, istiqrazların tədavül müddəti 362 gün, ödəmə tarixi 7 iyul 2009-cu ildir.

Hərrac zamanı, DQİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə, qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti