...

"Bank of Baku"nun təmiz gəliri 238 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend / 2008-ci ilin ikinci rübünün nəticələri üzrə "Bank of Baku"nun təmiz gəliri (gəlir vergisi çıxılandan sonra) 4,57 mln. manat təşkil edib. Bu keçən ilin həmin rübü ilə müqayisədə 238 faiz çoxdur.

Bununla yanaşı, 2007-ci ilin analoji göstəriciləri ilə müqayisədə ümumi gəlirlər 120 faizdən 19,37 mln. manatadək artıb, xərclər isə (gəlir vergisi nəzərə alınmadan) 12,58 mln. manata çatıb.

İkinci rübün yüksək gəlirləri sayəsində bankın illik hesablamada ROA (vergilər çıxılandan sonra təmiz gəlir/dövr ərzində aktivlərin orta məbləği) göstəricisi 2007-ci ilin nəticələri ilə müqayisədə 2,58 faizdən 5,57 faizə çatıb, ROE (vergilər çıxılandan sonra təmiz gəlir/dövr ərzində ümumi kapitalın məbləği) isə 2007-ci illə müqayisədə 21,94 faizdən 42,67 faizə çatıb.

"Bank of Baku" SKB-nın aktivləri keçən ilin ikinci rübü ilə müqayisədə 74 faiz artaraq, 176,22 mln. manat olub. 2007-ci ilin analoji göstəricisi ilə müqayisədə kredit portfelinin artımı 93 faiz təşkil edib və 144,17 mln. manata çatıb.

Bankın cəlb etdiyi vəsaitlərin məbləği  138,03 mln. manata çatıb ki, bu da 2007-ci il iyulun 1-nə olan göstəricilərdən 78 faiz çoxdur. Təcili depozitlərin məbləği 61,05 mln. manat olub ki, bu da cari ilin analoji başlanğıc göstəricilərindən 40 faiz çoxdur.

Ödənilmiş Nizamnamə fondu 6,8 mln. manat məbləği səviyyəsində qalıb, ümumi kapital isə 23,57 mln. manatdan çox olub.

Bankın aktiv plastik kartlarının sayı 2008-ci il iyunun sonuna 27 871 ədəd olub. Bunlardan 22 891 kredit, 4 980 isə debütor kartların payına düşüb. Hazırkı günə bankın POS-terminallarının sayı 257, ATM bankomatlar sayı isə 24 ədəddir. "Bank of Baku"nun filial şəbəkəsi "Bank of Baku"nun Exрress-məntəqəsi və Sumqayıtda yerləşən şöbə ilə birlikdə 15 filialdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti