...

Azərbaycanın Dövlət Gömrük Komitəsi 22 kq-dan çox narkotik vasitə müsadirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2008 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara rayon gömrük idarəsinin əməkdaşları 22 kq-dan çox narkotik vasitə müsadirə ediblər, - çərşənbə axşamı Komitədən bildiriblər.  

İrandan ölkəyə gələn "KamAZ"markalı avtomaşının sürücüsü Əhməd Xanməmmədovdan 22,3 kq həşiş müsadirə edilib. Maşının ehtiyat təkərində isə, 600 qram heroin aşkar edilib.

Fakt üzrə istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti