...

Qazaxıstan hökuməti inflyasiyanı 10 faiz səviyyəsində saxlamaq niyyətindədir  - Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2008 10:25 (UTC +04:00)

Qazaxıstan, Astana, 1oktyabr / Trend , müxbir K.Konırova/ Sentyabrda Qazaxıstanda inflyasiya 0,6 faiz olub, - Qazaxıstanın Baş naziri Kərim Məsimov çərşənbə axşamı bildirib.

їSentyabrda Qazaxıstanda inflyasiya 0,6 faiz, doqquz ay ərzində isə, 8,1 faiz olubї, - işgüzar şəxslərin Qazaxıstan hökuməti ilə їİqtisadiyyatı əvvəlki inkişaf templərinə qaytarmaqї mövzusunda Dəyirmi masada çıxış edən Baş nazir bildirib.

Hökumət başçısı qeyd edib ki, bu gün Nazirlər Kabinetinin vəzifəsi inflyasiyanı 10 faiz səviyyəsində saxlamaqdır.

їBVF-in proqnozlarına əsasən, cari ildə Qazaxıstanda inflyasiya 11 faiz təşkil etməlidir. Baxarıq, görək bizdən kim haqlıdırї, - Məsimov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti