...

"Unileasing" lizinq şirkətinin regionlara yatırdığı sərmayələrin həcmi 9 milyon dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend / "Unileasing"in regional nümayəndəlikləri şirkətin sərmayə yatırımları sayəsində obyektləti $11 mln. məbləğində maliyyələşdiriblər, - bazar ertəsi şirkətin yaydığı məlumatında deyilir.   

Şirkətin regional inkişaf üzrə meneceri Emin Kərimovun dediyinə görə, cari ilin üçüncü rübünün yekunları üzrə "Unileasing" şirkətinin respublikanın beş regional bölmələri (Gəncə, Lənkəran, Şəki, Quba və Saatlı) üzrə lizinq portfeli $7,8 mln.olub. İlin əvvəli ilə müqayisədə şirkətin portfeli 2,5 dəfə artıb.

Birinci rübün yekunlarına əsasən, şirkətin regional nümayəndəlikləri ilə bağlanılmış müqavilələrin sayı 178 - dir. Müqavilələrə uyğun olaraq 234 obyekt lizinqə verilib.

Kərimovun sözlərinə görə, şirkətin nümayəndəlikləri respublikanın şimal-qərb, cənub-şərq, şimal, şimal-şərq və mərkəzi regionlarını əhatə edir.

Bu yaxınlarda şirkət Saatlı şəhərində beşinci regional nümayəndəliyini açıb. Hazırda "Unileasing"in mütəxəssisləri bəzi potensial layihələri nəzərdən keçirirlər ki, onların da sayəsində yaxın vaxtlarda ilk müqavilələrin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti