...

Azərbaycanda məişət texnikasının krediti məhdudlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2008 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın bank sektoru tərəfindən kreditləşdirilmənin məhdudlaşdırılması, öz təsirini dərinləşdirib və bu gün məişət texnikasının satış həcminə təsir göstərməyə başlayıb. İndiyədək kretid yatırımlarının azaldılması daha çox avtomobil bazarında öz əksini tapıb.

Məişət texnikası satışı mərkəzləri üzrə sorğu göstərir ki, hətta kreditləşmə bərpa olunacağı təqdirdə, banklar əvvəlki şərtlərlə kredit ayırmaq niyyətində deyillər və borc verməni davam etdirənlər daha çox seçim siyasəti aparmağa başlayıblar. Bu ondan xəbər verir ki, indi hər kəs texnikanı keditə götürə bilməz.

Hazırda "Azel" mağazalarında kredit verən banklar tərəfindən aparılan siyasətə görə, məişət texnikasını kreditə götürmək mümkün deyil. "Azel"dən bildiriblər ki, əvvəllər "Azel" mağazalarında texnika alışı zamanı borclar "Bank of Baku" tərəfindən verilirdi, təqribən bir həftədir ki, bu bank tərəfindən kredit verilişi dayandırılıb. Əvvəllər kreditlər illik 30 faizlik dərəcə və maksimum üç il müddətinə 20 faizlik ilkin ödənişlə verilirdi. Mağazada hesab edirlər ki, kreditləşmə bərpa olunarsa, ilkin ödəniş 10 faizədək düşəcək.

"Unitech" 20% - dən 30% - dək ilkin ödənişlə kredit verən "Standard Bank" ilə əməkdaşlıq edir. Bunu mağazadan belə izah etdilər ki, bu faiz dərəcəsi alıcının əmək haqqının səviyyəsindən asılıdır. Kredit 16 faizlik dərəcə ilə bir il müddətinə verilir. Mağazadan bildiriblər ki, kredit verilməsi şərtləri yaxın perspektivdə dəyişməyəcək.

"Bakond" dan texnika alınarkən kreditlər "Bank of Baku" vasitəsilə verilir. Borc alınanda alıcı ilkin ödənişdən azad edilir, illik faiz dərəcəsi 26 faizə bərabərdir, kredit verilişinin maksimum müddəti iki il təşkil edir. Mağazadan bildiriblər ki, son vaxtlar məhsullara tələbatda heç bir dəyişiklik müşahidə olunmur, kreditlərin verilmə şərtlərinə tezliklə baxılmayacaq.

"Baku Electronics" "Azerdemiryolbank" ilə əməkdaşlıq edir. Kreditlər illik 13 faiz və maksimum il yarım müddətə 20 faizlik ilkin ödəniş ilə verilir. "Azerdemiryolbank"dan bildriblər ki, bank "Samsung" mağazalarında texnikanın alışına da kredit verir. Bank illik 25 faizlik dərəcə ilə və bir il müddətinə alınması mümkün olan 1000 manatadək məbləğdə istehlakçı kreditlərini də bərpa edib. Lakin bank vəsaitlərinə məhdudiyyətli giriş var - aylıq əmək haqqı 250 manatdan çox olan və zamin təqdim edən müştərilər onların alıcıları ola bilərlər.

"DNS Computers" mağazasından bildiriblər ki, mağaza eyni zamanda iki bank ilə - "Access Bank" və "Bank of Baku" ilə əməkdaşlıq edir. "Bank of Baku" vasitəsilə alış zamanı 10 faizlik ilkin ödənişin edilməsi tələb olunur. Hər iki bankda kreditlər illik 20 faiz dərəcə ilə iki il müddətinə verilir.

"Computer City"dən alış "Rabita Bank"ın maliyyə dəstəyi ilə həyata keçirilir. Kreditin şərtləri bunlardır: ilkin ödəniş yoxdur, bir il müddətinə illik 17 faizlə. Mağazadan bildriblər ki, yaxın persprektivdə kreditləşmənin şərtlərinin dəyişdirilməsi gözlənilmir, lakin bankın kredit vermə üzrə siyasəti daha seçimli olub.

Noyabrın 17-nə olan rəsmi məzənnə 0,8098 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti