Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir S.Babayeva/ Azərbaycanda 2008 - ci il noybarın 18 -nə olan buğda və buğda və paxlalı bitkilər istehsalı, hökumətin də proqnozlaşdırdığı kimi, rekord həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, buğda bitkiləri istehsalı (qarğıdalı da daxil olmaqla) 2,5 mln. tona çatıb ki, bu da 2007- ci ilin 10 ayında yığılanlarla müqayisədə 492 min ton çoxdur. Ölkədə əkin sahəsi 894,03 min ha - dır.
Bir hektardan götürülən məhsulun həcmi 27,9 sentner olub ki, bu da ötən illə müqayisədə, 0,8 sentner çoxdur.
Buğda bitkilərinin ümumi həcmindən 1,7 mln. tonu (68,7 sentner) payızlıq buğdanın və yazlıq buğdanın payına düşüb.
Bu il yüksək məhsulla Şəki - 20,4 min ton buğda, Cəlilabad - 153 min ton, Sabirabad - 93,4 min ton, Ağsu - 89,8 min ton, Fizuli - 85,7 min ton, Saatlı - 85,6 min ton, Biləsuvar - 72,8 min ton, Bərdə - 71,3 min ton və Şəmkir - 68,7 min seçilib.
Azərbaycanda illik buğda istehlakı üç mln. tondur, onun bir mln. tonu idxal olunur.
Ölkənin Kənd Təsərrüfatı Nazirliyi yaxın illərdə buğda istehsalında daxili istehlakı yerli məhsul hesabına tam ödəməyi proqnozlaşdırır.
Müəlliflə əlaqə ünvanı: [email protected]